Keyfiyyətin artırılması Fotolar proqramında necə işləyir?
Onun işləməsi haqqında
Fotolar proqramı avtomatik olaraq rəng, kəskinlik, parlaqlıq, qırmızı gözlər kimi şeyləri dəyişdirməklə və ya hətta lazım gələrsə, əyri səviyyəni düzləndirməklə fotoların keyfiyyətini artırır.
Dəyişikliklər orijinal fayllarınızda saxlanmır – siz təkmilləşdirmələri istənilən vaxt yandıra və ya söndürə bilərsiniz.
Əgər siz Keyfiyyətin artırılması düyməsində seçim nişanı görsəniz, fotonuzun keyfiyyəti artırılır. Əgər yoxdursa, artıq mükəmməldir!
Onu yandırın və ya söndürün
Fotolar proqramında orijinal və keyfiyyəti artırılmış fotonu dəyişmək üçün Keyfiyyətini artır düyməsindən istifadə edin. Keyfiyyətin artırılması orijinal fotonuzu birdəfəlik dəyişdirmir.
Birdəfədə bütün avtomatik təkmilləşdirmələri silmək üçün Fotolar proqramında Parametrlərə keçin və Fotolarımın keyfiyyətini avtomatik artır seçimini söndürün. Siz hələ də sönülü olsa belə birdəfədə fotolarınızın keyfiyyətini artıra bilərsiniz.